Türkiyədə təhsil işçilərinin COVID-19- a qarşı peyvəndlənməsi prosesinə başlanılıb.

 

Türkiyənin Çorum vilayətində keçirilən vaksinasiya prosesində iştirak edən ölkənin Milli Təhsil Naziri Ziya Selçuka peyvəndin ilk dozası vurulub.

 

Nazir bu gündən etibarən müəllimlərin səhiyyə müəssisələrinə müraciət edərək peyvəndlənə biləcəklərini deyib.

 

Bir milyon 259 məktəb işçisindən ibarət siyahının bir həftə əvvəl Səhiyyə Nazirliyinə təqdim edildiyini bildirən Z.Selçuk hazırda bununla bağlı planlamanın aparıldığını, təhsil müəssisələrində işləyənlərin mərhələli şəkildə peyvəndlənəcəyini deyib.

 

Azərtac