Son illərdə ölkəmizdə milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatların keçirilməsi, aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşmışdır. Siyasi münasibətlərdəki yeni yanaşmalar siyası qüvvələrin ümumdövlət, milli maraqlar məsələlərində vahid mövqedən çıxış etməsi üçün münbit şərait yaradıb.   Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birliyin əsasını qoymuşdur.
  

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilən “Biz birlikdə güclüyük” fikri siyasi münasibətlərdə də öz əksini tapmışdır. Belə ki, 6 siyasi partiyanın YAP-a qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsi olaraq ölkənin siyasi həyatında yeni demokratik məzmunlu presedent yaradır.
Şübhəsiz ki, bu inteqrasiya siyasi partiyaların daha səmərəli və təsirli siyasi fəaliyyətinə gətirib çıxaracaq, Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmlənməsinə xidmət edəcəkdir.