Honq-Konq Bilik İdarəetmə və İnnovasiya Tədqiqatları Mərkəzinin (KMIRC) direktoru, Honq-Konq Politexnik Universitetinin Təhsil İnkişaf Mərkəzində Təhsilin İnkişaf etdirilməsi üzrə mütəxəssisi Eric Tsui Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri üçün “Dördüncü sənaye inqilabı” mövzusunda mühazirə oxuyub.

 

Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə keçirilən onlayn mühazirədə iştirak edən nazirliyin İnsan resursları şöbəsinin müdir müavini Emin Əliyev, universitetin tədris işləri üzrə prorektoru  Anar Hətəmov mövzunun aktuallığı, ölkəmizin kənd təsərrüfatında tətbiq olunan innovativ texnologiyalar, aqrar təhsilin və elmin inkişafı barədə məlumat verib.

 

Professor Eric Tsuinin dördüncü sənaye inqilabında dəyişikliklərin xüsusiyyəti, sosial-iqtisadi inkişafda rolu, süni intellekt və digər maraqlı məlumatlar barədə təqdimatı tələbələrin böyük marağına səbəb olub.

 

Alim görüşdə iştirak edən universitetin ingilis bölməsi üzrə müvafiq ixtisaslarında təhsil alan tələbələrin suallarını da cavablandırıb.

 

Bu barədə ADAU-dan bildirilib.