Azərbaycanın müasir inkişaf tarixi, əldə olunan tərəqqi ümummilli lider Heydər Əliyevin dövlətçilik məharətinin, siyasi uzaqgörənliyinin nəticəsidir. Onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. O vaxt cəsarət və milli düşüncə göstərmiş vətənpərvər insanlar – məşhur “91-lər” Ulu Öndərə müraciət ediblər. Azərbaycanın müasir inkişaf tarixi YAP-ın ölkənin müqəddəratında xüsusi yer tutması ilə sıx bağlıdır.