Son illər Azərbaycanın sürətli inkişafı, uğurlu dövlət siyasəti ölkəmizin tarixi nailiyyətlərinin əsasını təşkil etmişdir. Uğurla aparılan gənclər siyasəti ölkənin gələcəyi üçün məsuliyyət daşıyan vətənpərvər gəncliyin yetişməsinə vəsilə yaratmışdır.

 

Prezident İlham Əliyev YAP-ın VII qurultayındakı çıxışında qeyd etmişdir: Azərbaycanda yetişən yeni gənc nəsil də bu amal uğrunda tərbiyə olunmuşdur. Gənc nəsil Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və torpaqlarımızı işğalçılardan azad etdi. Onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.