44 günlük Vətən müharibəsinin nəticələri ölkəmiz üçün yeni imkanlar, yeni inkişaf istiqamətləri yaradır. Bu barədə Prezident İlham Əliyev YAP-ın VII qurultayındakı çıxışında xüsusi olaraq qeyd etmişdir: Azərbaycan yeni dövrə qədəm qoyur. Konseptual nöqteyi-nəzərdən bütün baxışlar yerindədir. Amma həyat və xüsusilə Qarabağın bərpası ilə bağlı məsələlər planlara müxtəlif korrektələr edəcək.

 

Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir, siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir.