Bakı Dövlət Universitetinin (BDU) tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələri Mərkəzi Bank tərəfindən keçirilən təlimlərdə iştirak ediblər.

 

Universitetdən bildirilib ki, təlimlər “Rəqəmsal ödənişlərin üstünlükləri”, “Sığorta” və “İzafi borclanma” mövzularında təşkil olunub.

 

Mərkəzi Bankın Maliyyə savadlılıgı şöbəsinin mütəxəssisi Fərəh Əliyevanın moderatorluğu ilə baş tutan təlimlərə 200-dən artıq tələbə qatılıb.

 

Mərkəzi Bankın Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin Milli ödəniş sisteminin inkişafı  və nəzarəti şöbəsinin mütəxəssisi Rəşad Qurbanov “Rəqəmsal ödənişlərin üstünlükləri”, Sıgorta fəaliyyətinə nəzarət departamentinin Siyasət  və metodologiya şöbəsinin aparıcı analitiki Afət Həsənova “Sığorta”, Azərbaycan Bank Tədris Mərkəzinin biznesin  inkişafı üzrə meneceri Rauf Agayev “İzafi borclanma” mövzusunda təqdimatla çıxış ediblər.

 

Təlimlər 5 gün olub və tələbələr maliyyə savadlılığı üçün hazırlanmış elektron resurslarla - Maliyyə məhsul və xidmətlərinin axtarış sistemi (https://infobank.az/), Virtual təhsil platforması (https://edu.e-cbar.az/) və Maliyyə savadlılığı portalı (https://www.bizimpullar.az/) ilə tanış edilib.