Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Fransanın paytaxtı Parisdə keçirilən Yunan-Roma güləşi üzrə Beynəlxalq turnirin qalibi olan  ali məktəbin geologiya fakültəsinin birinci kurs tələbəsi İlkin Qənbərli ilə görüşüb.

 

Qalibi təbrik edən rektor idmanın inkişafına dövlət qayğısından danışıb və Azərbaycanın dünyada artıq idman ölkəsi kimi tanındığını bildirib. E.Babayev idmançı tələbənin nailiyyətlərini yüksək qiymətləndirərək, Azərbaycan bayrağını dəfələrlə yüksəklərə qaldırdığına görə İ.Qənbərliyə təşəkkürünü bildirib, ona həm təhsilində, həm də peşəkar idman həyatında yeni uğurlar arzulayıb.

 

Göstərilən diqqətə görə təşəkkürünü bildirən İ.Qənbərli turnirdəki rəqiblərindən bəhs edərək, xüsusilə də finalda erməni rəqibini məğlub etdiyinə görə qürurlu və sevincli olduğunu söyləyib.

 

Sonda rektor E.Babayev beynəlxalq turnirin qalibi İ.Qənbərliyə  Fəxri fərman və hədiyyələr təqdim edib.

 

Qeyd edək ki, 13-15 fevral tarixlərində keçirilən Beynəlxalq turnirdə 55 kq çəki dərəcəsində yarışan 18 yaşlı İ.Qənbərli erməni rəqibi Miqran Nazaryanı finalda məğlub edərək turnirin qalibi olub. İ.Qənbərli 5 qat ölkə çempionu və bir sıra beynəlxalq turnirlərin qalibidir.