Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya  İnstitutu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fonduna 1000 manat  ianə edib.

 

İnstitutdan bildirilib ki, elmi qurumun rəhbərliyi və kollektivi şəhid və qazi ailələrinə xüsusi qayğı ilə yanaşır, vaxtaşırı onları evlərində, xəstəxanada ziyarət edir.