Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəsmi YouTube televiziyası -  ADPU TV universitetlə bağlı tanıtım filmi hazırlayaraq yayımlayıb.

 

Universitetdən bildirilib ki, film tələbələr, abituriyentlər və geniş ictimaiyyət üçün nəzərdə tutulub.

 

İzləyicilər filmdə ADPU-nun 100 illik şərəfli inkişaf yoluna nəzər sala və  burada  ali təhsilin bütün səviyyələrində təhsil almaq imkanları ilə tanış ola bilərlər.

 

Tanıtım filmində ADPU-nun Bakıdakı 4 kampusu, tərkibindəki Pedaqoji Kollec və baza məktəbi, bölgələrdəki 5 filialı haqqında ətraflı məlumat verilir. Universitetdə subbakalavriat və bakalavriat səviyyəsində qəbul aparılan ixtisaslar, davamlı təhsil, magistratura, doktorantura və dissertantura səviyyəsində kadr hazırlığı məsələləri, sosial infrastruktur, tibbi xidmət, kitabxana və elektron təhsil, tələbələrlə iş, ictimaiyyətlə əlaqələr və tələbə təşkilatlarının fəaliyyəti geniş səviyyədə işıqlandırılır.

 

Qeyd edək ki, ADPU TV universitetin mətbuat xidmətinin tərkibində fəaliyyət göstərir.