Azərbaycanı tədbirdə ATU-nun dosenti təmsil edib


ISAPS təşkilatının (International Society of Aesthetic Plastic Surgeons – Plastik və Estetik Cərrahların Beynəlxalq Cəmiyyəti) təşəbbüsü ilə ümumdünya bilik marafonu keçirilib.  48 saat ərzində onlayn formatda davam edən tədbirə dünyanın 91 olkəsindən 400-dən çox iştirakçı qatılıb.

 

Tanınmış plastik cərrahların virtual toplantısında Azərbaycanı  Tibb Universitetinin (ATU) Ağız və üz-çənə cərrahiyyə kafedrasının dosenti Nigar Sultanova təmsil edib. 

 

ATU-nun təmsilçisi tədbirdə  mövzuya dair məruzə ilə çıxış edib. 

 

Azərbaycanlı cərrahın məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Bu barədə universitetdən məlumat verilib.