Azərbaycan Tibb Universitetinin (ATU) Beynəlxalq əlaqələr şöbəsinin nəzdində tələbələrin “MoreThanDoc” klubu fəaliyyətə başlayıb.

 

Universitetdən bildirilib ki, “MoreThanDoc”  klubunun fəaliyyəti başda tibb tələbələri olmaqla, tibb sahəsində çalışan bütün insanlar üçün maarifləndirmə və şəbəkələşmə işlərini yerinə yetirməkdir. Bu istiqamətdə klub üzvləri davamlı olaraq sosial mediada müxtəlif mövzularda təqdimatlarla çıxış edir, həmçinin müxtəlif tibbi mövzularda yerli və əcnəbi mütəxəssislərin vebinarlarını təşkil edirlər.

 

Qeyd edək ki, klubun İdarə Heyətinin sədri ATU-nun I müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Bekir Enes Evdidir. Qısa zaman ərzində yaranmasına baxmayaraq, klubun artıq 4 mindən çox üzvü var. Üzvlər, əsasən ATU-nun və Türkiyənin müxtəlif universitetlərinin tibb tələbələridir.