Bakı Dövlət Universitetinin (BDU) Hesablama riyaziyyatı kafedrasının professoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar müəllim,  “Şöhrət” ordenli Vaqif  İbrahimov Science Alert təşkilatının təqdimatına əsasən Asiya Elmi Redaktorlar Şurası üzvlüyünə qəbul olunub.

 

Qeyd edək ki, Science Alert təşkilatı elmin bütün sahələrində yenilikləri dəstəkləyir və müxtəlif səviyyəli müsabiqələrin keçirilməsinə rəhbərlik edir. Asiya Elmi Redaktorlar Şurası beynəlxalq elmi nəşriyyatların 2000-dən çox əməkdaşını özündə birləşdirir. Yüksək reytinqli  beynəlxalq elmi nəşrlərin səviyyəsinə nəzarət  edən bu qurum müasir problemlərin həlli üçün təkliflər hazırlayır, elmi  müzakirələr  təşkil edir. Bununla yanaşı, elmi nəşrlərin standartlarının  müasir tələblərə cavab verməsi üçün əməkdaşların aparıcı  beynəlxalq təşkilatlarla əlaqəsini yaradır, ixtisasartırma proqramları tərtib edir, çap səviyyəsinin yüksəldilməsi üçün təkliflər hazırlayır.