Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Uğurlu CV necə hazırlanmalıdır?” mövzusunda onlayn təlim keçirilib. 

 

Təlimdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutunun kadrlar şöbəsinin mütəxəssisi  Pərvanə Həsənova müasir günümüzdə düzgün və dolğun CV formasının hazırlanması mövzusunda çıxış edib.

 

P.Həsənova CV nədir?, nə üçün lazımdır? və CV-nin tərtib olunma prinsiplərindən danışıb, CV-nin gözoxşayan tərtibatı ilə yanaşı, düzgün, dəqiq və dolğun məlumat bazasına malik olmasının zəruriliyini bildirib. O, həmçinin qeyd edib ki, CV işçi ilə işə götürən arasında tanışlıqla yanaşı, həm də işçi haqqında  müsbət rəy yaratmalıdır.

 

Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, təlimin məqsədi tələbə və məzunları iş tapmaqda CV-nin rolu haqqında maarifləndirmək  və tərtib olunması barədə bilik və bacarıqlar aşılamaqdır.