Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin IV kurs tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının Biofizika İnstitutunda təcrübə keçirlər.

 

Biofizika İnstitutundan bildirilib ki, təcrübə müddətində tələbələrə universitetdə əldə etdikləri bilikləri elmi tədqiqatlarla əlaqələndirmək və təcrübi olaraq dərinləşdirmək üçün hər cür şərait yaradılıb. Belə ki, xüsusi karantin rejiminin tələblərinə riayət etməklə universitetin tələbələri ayrı-ayrı qrup şəklində müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaların hər birində istifadə olunan cihaz və avadanlıqların iş pinsipləri ilə, həyata keçirilən elmi tədqiqatlarla yaxından tanış olurlar.

 

Aprelin 17-dək davam edəcək təcrübə prosesində məqsəd tələbələrin təhsil aldıqları müddətdə əldə etdikləri bilikləri təcrübi olaraq təkmilləşdirmələri, onlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərin formalaşdırılması və gənclərin elmə marağını stimullaşdırmaqdır.