Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) işğaldan azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”na qoşulub.

 

Universitetin Kitabxana-İnformasiya Mərkəzi Azərbaycan, rus və ingilis dillərində ədəbiyyatşünaslıq, not-musiqi, teatr və kino sahəsini əhatə edən yeni nəşrlərdən, Azərbaycan dövlətçiliyini, Ümummilli lider Heydər Əliyevin zəngin irsini əks etdirən dəyərli mənbələrdən, klassik ədəbiyyatımıza dair lüğətlərdən, milli, eləcə də xarici ölkə yazıçılarının məşhur bədii əsərlərindən 100 adda 139 nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna bağışlayıb.