Aprelin ilk günündən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) ictimai səhiyyə fakültəsində bacarıq treninqlərinə start verilib.

Universitetdən bildirilib ki, bu treninqlər Obyektiv Strukturlaşdırılmış Praktik İmtahan (OSPİ) prosesinə tələbələri hazırlamaq məqsədini daşıyır və 75 tələbəni əhatə edən 8 qrup üzrə təlimlər müxtəlif kafedralarda təşkil olunur.

 

OSPİ üsulu ilə aparılan təlimlər 5 fənn üzrə 4 kafedrada – Epidemiologiya, Qidalanma və kommunal gigiyena, Uşaq və yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı, Ümumi gigiyena kafedralarında keçirilir. Hər kafedrada təlimlər 2 gün ərzində davam edir.

 

Təlim zamanı mövcud pandemik durumla əlaqədar sanitar-epidemioloji qaydalara tam riayət olunur.

 

Təlimlər ayın sonunadək davam edəcək.