Azərbaycan Texniki Universiteti (AzTU) və "Japan Tobacco International" (JTI) şirkəti arasında onlayn işgüzar görüş keçirilib.

 

AzTU-dan bildirilib ki, görüşdə “Make İt Bright” layihəsinin təqdimatı olub.

 

Qeyd olunub ki, layihədə universitetlərin sonuncu kursunda oxuyan bakalavrları və magistrantları iştirak edə biləcək. Qaliblər 6 ay müddətində Cenevrədə təqaüdlü təcrübə proqramında iştirak hüququ qazanacaq.

 

Bununla bağlı AzTU Karyera mərkəzi layihəyə uyğun gənclərin seçilərək iştiraka cəlb olunmaları, komanda formalaşdırılması istiqamətində işlərə başlayıb.

 

Layihənin icrasında Karyera mərkəzi,  SABAH qrupları, Məşğulluq və innovasiya şöbəsi birgə fəaliyyət göstərəcək.