Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2021/2022-ci tədris ili üçün xarici dil (ingilis dili) müəllimi vəzifəsi üzrə vakansiya elan edib. Vakansiyada iştirak etmək istəyənlər CV-lərini və təsdiqedici sənədlərini 17 may tarixinə qədər [email protected] ünvanına göndərə bilərlər.

 

Universitetdən bildirilib ki, boş yerləri tutmaq üçün əsas tələblər ixtisas üzrə magistr dərəcəsinin olmasıdır və beynəlxalq dil sertifikatları gərəkdir ( xüsusilə IELTS 7-yazı və danışıq göstəricisi minimum 6.5, TOEFL -min 95). 

 

Xarici dil müəllimlərinin işə qəbulunda həmçinin, pedaqoji təcrübəsi, innovativ tədris və təlim metodlarından istifadə bacarığı, pozitiv, kommunikativ və komanda ilə işləmə bacarığı, kompüter istifadəsi bacarığı (ofis proqramları, onlayn tədris və biliyin qiymətləndirilməsi platformaları) olanlara üstünlük veriləcək.