Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi - tədqiqat şöbəsinin təşkilatçılığı ilə professor-müəllim heyəti üçün Publons platformasında  “Azərbaycanlı alimlər üçün rəyvermə fəaliyyətinin vacibliyi və metodları” adlı vebinar keçirilib.

 

Universitetdən bildirilib ki, onlayn vebinarda AzMİU-nun 70-ə yaxın əməkdaşı iştirak edib.

          

Vebinarın aparıcısı Clarivate Analytics şirkətinin elmi informasiya resursları üzrə eksperti, lingvistika üzrə fəlsəfə doktoru  Lera  Kurmakaeva  mövzunun müasir zamanda aktuallığını xüsusi qeyd edib, Publons platforması haqqında geniş məlumat verib. O, platformada düzgün axtarış  və doğru nəticələrin əldə edilməsi ilə bağlı bilgiləri də iştirakçıların nəzərinə çatdırıb.

 

Lera  Kurmakaeva, həmçinin rəylərin nümunələri, birgə rəyin yazılması, potensial rəyçi kimi jurnalların redaktorları ilə yaxından əlaqə qurmaq və s. məsələlər  haqqında danışıb.