Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Okuklu Holding”in əməkdaşlığı çərçivəsində sosial media üzrə qrafik dizayner, maliyyə uçotu və mühasibatlıq sahələri istiqamətində təlimlərə start verilib.

 

Bununla bağlı keçirilən onlayn tədbirdə AzTU-nun və “Okuklu Holding”in nümayəndələri iştirak ediblər.

 

Qeyd olunub ki, bu cür təlimlərin keçirilməsi tələbə və məzunların karyera imkanlarının genişləndirilməsində mühüm rol oynayır. Bu işdə “Okuklu Holding”lə qarşılıqlı əməkdaşlığın faydalı olduğu da diqqətə çatdırılıb. O da bildirilib ki, təlimlər “Okuklu Holding”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elsevər Məmmədov, qrafik dizayneri Qəmər Sadıqova və Avtomatlaşdırma şöbəsinin müdiri Ülvi Sultanov tərəfindən keçirilir.

 

Təlimlər 30 gün davam edəcək və bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.