Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Hüquq Klubunun təşkilatçılığı ilə "Hüquq  Konqresi-2021" vebinarı keçirilib.

 

Vebinarda akademiyanın Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər.

 

Vebinarın ilk günündə tədbirin qonağı Türkiyənin BG Hüquq Bürosunun sahibi, vəkil Begüm Gürel "Sosial media hüququ", Türkiyənin Mərmərə Universiteti hüquq fakültəsinin professoru Talat Canbolat "İş qəzası və peşə xəstəlikləri" mövzularında çıxış ediblər.

 

İki günlük vebinarda interaktiv müzakirələr aparılıb və məruzəçilər tərəfindən tələbələrin çoxsaylı sualları cavablandırılıb.

 

Bu barədə akademiyadan bildirilib.