Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera mərkəzinin təşkilatçılığı ilə energetika və avtomatika, metallurgiya və materialşünaslıq fakültələrinin IV kurs tələbələri “CONIM Cert” MMC-nin birgünlük ISO 50001 təlimində iştirak ediblər.

 

Universitetdən bildirilib ki, treninqdə təlimçi, ISO sertifikatçısı Fariz Məmmədov ISO 50001:2018. “Enerji idarəetmə sistemləri” üzrə müxtəlif mövzuları əhatə edən məlumatları iştirakçıların diqqətinə çatdırıb.

 

Təlim AzTU-nun əməkdaşlıq etdiyi “Caspian Cable” şirkəti tərəfindən maliyyələşdirilib.

 

Universitetin tədris işləri üzrə prorektoru, professor Nurəli Yusifbəyli tələbələri təbrik edərək bildirib ki, belə təlimlərdə iştirak karyerada uğur qazanmaq üçün geniş imkanlar yaradacaq.

 

Tədbirin sonunda tələbələrə sertifikat təqdim olunub.