Azərbaycan Dövlət Pedaqoji Universiteti Həmkarlar İttifaqı Komitəsi (ADPU HİK) Ramazan bayramı münasibətilə xeyriyyə aksiyası keçirib.

 

Aksiya çərçivəsində ADPU HİK tərəfindən 70 nəfər universitet əməkdaşına bayram sovqatı kimi ərzaq paketlərinin təqdim edilməsi nəzərdə tutulub. Mayın 7-dən başlayan aksiya 12 maya qədər davam edəcək.

 

Ərzaq paketləri xüsusi karantin rejiminin tələbləri gözlənilməklə ADPU-nun nümayəndələri tərəfindən əməkdaşlara evlərində təqdim edilir.

 

Bu barədə ADPU-dan bildirilib.