Azərbaycan Tibb Universiteti (ATU) rəhbərliyinin təşəbbüsü ilə hər il Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində aztəminatlı ailələrdən olan tələbələrin pulsuz göz əməliyyatları keçirilir.

 

ATU rektoru, professor Gəray Gəraybəyli və oftalmoloq həkim Qurban İsmayılovun təşəbbüsü ilə bu dəfə 17 nəfərin gözündə zəruri cərrahiyyə əməliyyatı aparılıb.

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov qeyd edib ki, əməliyyat edilənlərdən 2-si rezident, yerdə qalanları tələbələrdir. Onların gözündə Excimer lazer əməliyyatı icra olunub.

 

Qeyd edək ki, aksiyanın məqsədi aztəminatlı ailələrin övladlarını dəstəkləmək, həmçinin cəmiyyətdə xeyriyyəçilik təşəbbüslərini təbliğ etməkdən ibarətdir.