Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarının zənginləşdirilməsi istiqamətində kitab mübadiləsinin aparılması önəmli faktorlardan biridir. Mübadilə çərçivəsində bu dəfə MEK tərəfindən “Niderland Azərbaycan Evi”nə kitablar hədiyyə edilib.

 

Xaqani Şirvaninin seçilmiş əsərləri, Cəlal Əliyev və Budaq Budaqovun “Turks, Azerbaijanians, Armenians: Genocide of historical truth”, Yaqub Mahmudovun “Real history and confabulation on «Great Armenia»”, Rafi Qurbanovun “Non-muslim minorities in Azerbaijan”, “Armeian terror: religious and historical monuments of Azerbaijan” və “Crimes by armenian terrorist and bandit groupings against humanity” (XIX - XXI centuries) kitabları “Niderland Azərbaycan Evi”nin rəhbəri Elxan Mirhəşimliyə təqdim olunub.

 

Diaspor rəhbəri öz növbəsində kitabları Vaadhoeke bələdiyyəsinin mərkəzi kitabxanasına, Hollandiya Parlamentinin üzvləri, siyasətçiləri, Qeyri-Hökümət Təşkilatları, media nümayəndələri ilə görüşdə təqdim edəcəyini bildirib.