Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzi  “Startapın inkişafı” mövzusunda onlayn formada 5 təlim keçirib. Bootcamp-da 150 nəfərdən artıq tələbə və müəllim iştirak edib.

          

AzMİU-dan bildirilib ki, təlimlərin mövzuları Startapda ingilis dilində terminlərin öyrənilməsi, Verilənlər bazası və onun idarə edilməsi, Rəqəmsal marketinq strategiyası, Biznes model kanvas (ingilis dilində), Agile metodologiyaları və Scrum-u əhatə edib.

 

Təlimçilər London language and business school-dan Vüqar Məmmədov, Azərbaycan Respublikasının Mərkəzi Bankının İnformasiya sistemlərinin təminatı şöbəsinin əməkdaşı Bəhram Orucov, rəqəmsal marketinq mütəxəssisi Fərid Hacıyev, Sənayenin təşkili və idarə edilməsi kafedrasının müəllimi Günel İmamquliyeva və Agile Coach/CEO  Dilarə Rüstəmzadə olub.

 

Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb.

 

Təlimdə aktiv iştirak edən tələbələrə sertifikatlar verilib.