Azərbaycan Dillər Universitetində (ADU) 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasına start verilib.

 

Universitetdən bildirilib ki, iyunun 3-dən başlayan imtahanlarda 986 tələbə iştirak edib,  toplanılan ən yuxarı bal 100 bal, ən aşağı bal isə 51 bal olub.

 

İmtahanın gedişatı zamanı istənilən səbəbdən (elektrik təchizatı, internet şəbəkəsinin itməsi və s.) tələbə ilə görüntü və səs əlaqəsi kəsildikdə həmin tələbə ilə gün ərzində və ya növbəti gün əlaqə saxlanılaraq fərdi şəkildə imtahan götürülür. Bu kimi hallar dekanlıq tərəfindən araşdırılır və fərdi yanaşma tətbiq olunur.

 

İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı “İmtahan Qərargahı” və “Qaynar xətt” yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində “Apelyasiya Komissiyası” fəaliyyət göstərir.

 

Məsafədən keçirilən imtahanlar iyulun 5-ə kimi davam edəcək.