Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) iyun ayının 1-dən start götürən yay imtahan sessiyasının statistikası verilib.  

 

Universitetdən bildirilib ki, ümumilikdə ali məktəb üzrə təşkil olunan onlayn-şifahi imtahanlara 244 qrup üzrə 5268 tələbə qatılıb.

 

İlk həftənin nəticələrinə görə,  imtahan verən tələbələrdən 2358 nəfəri (44,7%) əla nəticə göstərib, cəmi 70 nəfəri (0,013%) qeyri-məqbul qiymət alıb. 10 nəfər isə (0,001%) apelyasiyaya müraciət edib.

 

Tələbələrin müraciətlərinə operativ cavab vermək üçün universitet “Qaynar xətt” və onlayn müraciət imkanları təqdim edir, o cümlədən imtahan sessiyasının gedişinin monitorinqinin təmini məqsədi ilə sessiya boyu onlayn qiymətləndirmə anketi aparılır.

 

Qeyd edək ki, imtahanlar Microsoft Teams platformasında təşkil edilir və bütün imtahanlar qeydə alınaraq bazada saxlanılır.