Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Məktəb inspektoru” vəzifəsi üzrə elan edilən müsabiqə davam edir.  Sözügedən vakansiya üzrə namizədlər üçün müəyyənləşdirilmiş tələblər aşağıdakı kimidir:

 

· Ali təhsil;

· Sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər;

· Minimum 8 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);

· Ümumi təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;

· Yüksək səviyyədə Azərbaycan dili biliyi;

· “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı;

· Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;

· Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;

· Monitorinq və qiymətləndirmə bacarığı;

· Təşkilatçılıq bacarığı;

· Komandada işləmə bacarığı;

· Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı;

· Minimum yaş həddi - 30 yaş.

 

Müraciət etmək istəyən namizədlər öz CV-lərini bu keçid vasitəsilə göndərə bilərlər. Son müraciət tarixi 10 iyul 2021-ci ildir.

 

Qeyd edək ki, vakansiya ilə bağlı daha ətraflı məlumatla müvafiq linkə (https://bit.ly/35D3m4e) daxil olaraq tanış ola bilərsiniz.