İyunun 25-də təhsil naziri Emin Əmrullayev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) nümayəndə heyəti ilə görüşüb.

 

Görüşdə Azərbaycan Həmkarlar İttifaqları və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının keçdiyi tarixi inkişaf yolundan, həmkarlar ittifaqı üzvlərinin gördüyü işlərdən, təşkilatın beynəlxalq əlaqələrindən danışılıb.

 

Emin Əmrullayev Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında səmimi əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da inkişaf etdiriləcəyindən əminliyini ifadə edib. Görüş zamanı Təhsil Nazirliyi və komitə arasında imzalanması nəzərdə tutulan 2021-2023-cü illər üzrə “Kollektiv Saziş”də öz əksini tapan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Görüşün sonunda təhsil naziri Emin Əmrullayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Azərbaycan Həmkarlar İttifaqları – 115 il" və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “ATİAHİ 100 il” yubiley döş nişanları ilə təltif olunub.