19-26 iyun 2021-ci il tarixlərində Latviyada Avropa Fizika Olimpiadası (EuPhO 2021) keçirilib.
 

Olimpiadada ölkəmizi təmsil edən şagirdlərimiz uğurla çıxış edərək 2 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar. Belə ki, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdləri Sirac Yəhyazadə və Murad Bəşirov olimpiadanın bürünc medalına, Gənc İstedadlar liseyinin X sinif şagirdi Rəfsan Həbibullayev və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Rüfət Məmmədov olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.
 

Qeyd edək ki, şagirdlərimiz Təhsil Nazirliyi tərəfindən yaradılan Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin dinləyiciləridirlər.
 

Şagirdlərimizi təbrik edir və daha böyük uğurlar arzulayırıq!