19-25 iyun 2021-ci il tarixlərində Sinqapurda 33-cü Beynəlxalq İnformatika Olimpiadası təşkil edilib. 

 

90 ölkədən 351 şagirdin qatıldığı müsabiqədə məktəblilərimiz uğurla çıxış edərək 2 bürünc medal qazanıb. Belə ki, Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 10-cu sinif şagirdi Səid Nəsibov müsabiqənin bürünc medalına layiq görülüb. 

 

Qeyd edək ki,  məktəblilərimizin Beynəlxalq İnformatika Olimpiadalarına hazırlıq prosesi "Azercell Telekom" şirkətinin dəstəyi ilə həyata keçirilir.