2021-2022-ci tədris ilində yeni hazırlanan II və VI siniflərin rus bölməsi üçün “Musiqi” fənni üzrə dərsliklərdə istifadə edilən Azərbaycan mahnıları tərcüməsiz veriləcək.


Belə ki, tərcümə zamanı mahnıların sözlərinin qafiyəyə və ritmə uyğunlaşdırılmasında çətinlik yarandığı, bir çox mahnıların mənasının itdiyi müəyyənləşdirilib. Musiqi dərslərində mahnıların Azərbaycan dilində öyrənilməsi digər bölmələrdə təhsil alan şagirdlərimizin dövlət dilini daha yaxşı mənimsəməsinə imkan verəcək, milli-mənəvi dəyərlərimizin aşılanmasına yardım edəcək.


Qeyd edək ki, növbəti tədris illərində nəşr olunacaq digər siniflər üçün musiqi dərsliklərində də eyni yanaşma tətbiq ediləcək.