Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 356 s nömrəli sərəncamı ilə təsdiq edilmiş qəbul planına əsasən aşağıdakı ixtisaslara doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir.

 

 

 

 

Qeyd: 1.  Fəlsəfə doktoru proqramı üzrə müsabiqədə  sadəcə xarici dil imtahanından müvəffəqiyyətlə keçmiş  namizədlər iştirak edə bilərlər.

2.  Fəlsəfə doktoru proqramı üzrə təhsil ödənişli əsaslarladır.

3. Dissertant hazırlığı üzrə adambaşına maliyyələşmə nəzərdə tutulmadığı üçün dissertanturaya hazırlıq ali təhsil müəssislərinin öz əməkdaşları üçün həmin müəssisənin hesabına, digər şəxslər üçün isə ödənişli olacaq.

Doktoranturaya sənəd təqdim etmək istəyən namizədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinin tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək, təlimata uyğun olaraq qeydiyyatdan keçməlidir.

 

Ali təhsil müəssisələrinə doktorant qəbulu üzrə e-müraciət sistemi təlimatı ilə tanış olmaq istəyənlər aşağıdakı linkə müraciət edə bilərlər.

https://drive.google.com/file/d/1pY279WA_NVEFQ1SjkhRmsOu0k8cWFzWt/view?usp=sharing

 

Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari il 1 iyul saat 09.00-dan etibarən mümkün olacaqdır.

 

Sənədlərin qəbulu üçün son tarix 15 iyul 2021-ci ildir.

 

Əlaqə nömrəsi: (012) 599-00-54 (daxili 130,164)

E-mail: [email protected]