Türkiyənin Selçuk Universitetinin prorektoru, professor İlhan Çiftçi və nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.  

 

AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşən nümayəndə heyəti iki ali məktəb arasındakı əlaqələrin gələcək perspektivlərini müzakirə edib. Görüş çərçivəsində   əməkdaşlıq memorandumu imzalanıb. 

 

Sənədə əsasən, tərəflər tələbə və müəllimlər üçün Erasmus+, Mövlana mübadilə proqramlarından qarşılıqlı yararlanmaq, “SABAH Magistratura” proqramı çərçivəsində AzTU-da həyata keçiriləcək Təchizat zəncirinin logistikası və nəqliyyatı ixtisaslaşması üzrə əməkdaşlıq etməklə bağlı razılığa gəlib.

 

Bundan başqa, magistr və doktorluq dissertasiyalarına birgə rəhbərlik məsələləri də memorandumda öz əksini tapıb.