Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) operator sənəti ixtisasının tələbəsi Sadıq Əliverdibəyli "35 awards" tərəfindən təşkil edilən beynəlxalq fotomüsabiqədə iştirak edib.

 

2020-ci ilin dekabr ayından 2021-ci ilin aprel ayına qədər davam edən fotomüsabiqədə S.Əliverdibəylinin çəkdiyi foto "Planetin mədəni yerləri (Cultural landmarks of the planet)" nominasiyası üzrə 12-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, müsabiqəyə ümumilikdə 115 ölkədən 5658 fotoqraf 15914 foto ilə qatılıb.