Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanları mərhələsində fizika üzrə müəllimliyə namizədlər arasında 59 bal toplayaraq ən yüksək nəticəni Arzu Quliyeva göstərib. O, Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbinin müəllimidir.

 

1988-ci il təvəllüdlü namizəd məktəbi Sumqayıt şəhərində bitirib. BDU-nun fizika fakültəsindən məzun olduqdan sonra müəllimliyə başlayıb. Bu müsabiqəyə iş yerini dəyismək məqsədilə qatılıb. Müsabiqəyə ilk dəfə qatılan namizədin məqsədi imtahanlarda yüksək nəticə göstərərək Bakı məktəblərindən birində dərs demək hüququ qazanmaqdır:  “Hazırlıqlıydım, ona görə də mənə çətin gəlmədi. Fizika fənni həll tələb edir. Mən də diqqətli olmağa çalışdım, tələsmədim və istəyimə nail oldum”.

 

Namizəd məktəb seçmək üçün də tələsmir: “Çıxarılan vakansiyalara baxacağam. Yaşayış yerimə ən yaxın olan məktəbi seçəcəyəm”.

 

Ruhiyyə