Təhsil Nazirliyinin futbol üzrə daxili çempionatının final oyunu və qalib komandaların mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov iştirak edib.  


Yarışda ümumilikdə 12 komanda qalibiyyət uğrunda mübarizə aparıb.  Final oyununda “Məktəblinin dostu” və  “Təhsil İnstitutu” komandası qarşılaşıb. Gərgin keçən final mübarizəsində “Məktəblinin dostu” komandası rəqibini 7:2 hesabı ilə məğlub edərək çempionatın qalibi olub. 


Qeyd edək ki,  mayın 22-də başlayan çempionatın  keçirilməsində əsas məqsəd futbol idman növünün kütləviliyinin təmin edilməsi və asudə vaxtın səmərəli keçirilməsindən ibarətdir.