I siniflə bağlı apellyasiya müraciətlərinin qəbulu davam edir. Belə ki, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı övladının müsabiqə nəticəsindən narazı olan valideynlər iyulun 16-dək apellyasiya müraciəti edə bilərlər.

 

Müraciətləri Təhsil Nazirliyi tərəfindən yaradılmış [email protected] elektron poçt ünvanına göndərmək lazımdır.