Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Azərbaycan üzrə rekord  göstəriciyə imza atıb. Kimya mühəndisliyi ixtisasını bitirən Zahir Ağayev dünyada tanınan 14  universitetə qəbul olub. O, müraciət etdiyi  ABŞ – ın 15 ali məktəbindən 13-nə qəbul edilib. Həmin universitetlərdən 7-si  Z.Ağayevə tam təqaüd təklif edib.

 

Təqaüd təklif edən universitetlərdən 4-ü doktorantura üzrədir.  Bu isə bakalavr məzunu üçün olduqca yüksək göstəricidir.

 

Z.Ağayev daha bir neçə ali məktəbin ilkin qəbul imtahanlarından keçsə də, artıq bu cür yüksək nəticələr qazandığı üçün həmin müraciətlər üzrə yekun mərhələlərdə iştirakdan imtina edib.

 

Z.Ağayev ABŞ-ın Konnektikut Universitetini  (University of Connecticut) seçib. 

 

Yeri gəlmişkən, Z.Ağayev 2016-cı ildə qəbul imtahanından 650 bal toplayaraq BANM-in Kimya mühəndisliyi ixtisasına dövlət sifarişi üzrə qəbul olub. Ali Məktəbi 91.09 Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirib.