İyulun 13-də təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Lokman Hekim Universitetinin rektoru Bülent Gümüşelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Görüş zamanı təhsil naziri qonaqlara Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verib. 

 

Görüşdə iki ölkə arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib.