"WorldSkills Azerbaijan" platforması ölkəmizi kiber təhlükəsizlik istiqaməti üzrə "WorldSkills Asia 2021" bacarıq yarışlarında təmsil edəcək şəxslərin seçim mərhələsinə start verir. 

 

25-dək yaşı olan gənclər qeydiyyat prosesində iştirak edə bilərlər. Qeydiyyatdan keçmək  və seçim mərhələsinin tapşırıq layihəsi ilə tanış olmaq üçün müvafiq keçiddən (https://cutt.ly/tmDmhis)  istifadə edə bilərsiniz. Seçim mərhələsinə qatılmaq üçün son qeydiyyat tarixi 21 iyuldur. 

 

Qeyd edək ki, ən yaxşı nəticə göstərən iki şəxs 28-31 iyul tarixlərində "WorldSkills Asia" tərəfindən  təşkil ediləcək kiber təhlükəsizlik yarışında Azərbaycanı komanda şəklində təmsil etmək hüququ əldə edəcəklər. Onlayn formatda təşkil ediləcək yarışlara 26 ölkədən təmsilçilərin qatılması nəzərdə tutulur.