İmtahanda 16 mindən artıq abituriyent iştirak edir


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

 

İmtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.

 

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 75 imtahan binası, 1266 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 75 ümumi imtahan rəhbəri, 249 imtahan rəhbəri, 1647 nəzarətçi–müəllim, 157 buraxılış rejimi əməkdaşı, 75 bina nümayəndəsi təhkim edilib.

 

İmtahanda 16758 abituriyentin iştirakı nəzərdə tutulub. Abituriyentlərdən 15126 nəfər Azərbaycan, 1632 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 10915 nəfəri oğlan, 5843 nəfəri isə qızdır. 13479 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2786 nəfər əvvəlki illərin məzunudur. 27 nəfər ali təhsil müəssisələrinin, 466 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 67 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1966-cü ildən, ən gənci isə 2006-cı ildəndir.

 

İmtahanda 13 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edir. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib. 

 

İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil olmaqla, 33 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.