Azərbaycan Dövlət Pedaqoji Universitetinin ERASMUS+ proqramı çərçivəsində tərəfdaş olduğu, Bakı Biznes Universitetinin koordinatorluğu ilə “Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsinin menecerləriylə növbəti görüş keçirilib.

 

Görüşdə ADPU  ilə yanaşı,  layihənin koordinatoru Bakı Biznes,   Azərbaycan Dillər,  Azərbaycan Turizm və Menecment, Azərbaycan Mədəniyyət və İncəsənət,  Azərbaycan Texniki, Bakı Mühəndislik, Azərbaycan Texnologiya, Naxçıvan Dövlət, Lənkəran Dövlət, Xəzər, Bakı Avrasiya, Azərbaycan və Odlar Yurdu universitetləri,  Bakı Ali Neft Məktəbinin nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, 3 illik layihənin məqsədi yerli ali təhsil müəssisələri arasında geniş miqyaslı əməkdaşılığın, o cümlədən ölkədə ümumi prioritetlər üzərində düşünən və fəaliyyət göstərən “Rektorlar Konfransının yaradılması”dır.

 

Görüşdə layihənin işçi paketləri üzrə yerinə yetirilmiş tapşırıqlarının nəticələrini menecerlərlə paylaşan layihənin koordinatoru Gülşən Bayramova növbəti mərhələlərdə universitetlərin öhdəsinə düşən vəzifə və tapşırıqlar barədə məlumat verib. Həmçinin, ali təhsil müəssisələrinin nümayəndələri layihə çərçivəsində qarşıda duran məsələlər və onları maraqlandıran sualları müzakirə ediblər.