Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin Tədris tele-radio studiyasında jurnalistika ixtisasında təhsil alan tələbələr müntəzəm olaraq televiziya və radio verilişləri,  süjetlər, tanıtım çarxları, sənədli filmlər hazırlayaraq yayımlayırlar.

 

Cari ilin ilk yarısında tələbələrin iştirakı ilə müxtəlif mövzularda 20-dən çox videoçarx hazırlanıb və ictimaiyyətə təqdim olunub. 44 günlük Vətən müharibəsinə həsr edilən “Şuşa bizi gözləyir”, “Xarıbülbül”, “Terrora yox!”, “Həsrətinə qovuşduq, “Xudafərin” kimi gənclər üçün maarifləndirici xarakter daşıyan silsilə proqramlarda rəşadətli ordumuzun apardığı haqq savaşı öz əksini tapıb və Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb.

 

Universitetdən bildirilib ki, hazırda studiyada Azərbaycanda “Nizami Gəncəvi İli” çərçivəsində BDU üzrə Tədbirlər Planına müvafiq olaraq dahi şairin yaradıcılığına həsr edilmiş silsilə “Nizami Gəncəvi - 880” adlı videoçarxlar hazırlanır.