Təhsil İnstitutu tərəfindən “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə qeydiyyat davam edir. Müraciət üçün son tarix 15 avqust 2021-ci il nəzərdə tutulub.

 

Layihəyə qoşulmaq istəyən şəxslərin müraciətləri aşağıdakı tələblərə əsasən qiymətləndiriləcək:

- Ali təhsil;

- Minimum 5 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);

- Müasir dövrdə təhsilin səmərəli təşkili ilə bağlı beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;

- "Microsoft Office" proqramları və internet resurslarından istifadə bacarığı;

- Təşkilatçılıq bacarığı;

- Komanda ilə işləmək bacarığı;

- Zərurət olduqda ölkə ərazisi üzrə iş səfərlərinə getmək imkanı;

- Yaş həddi: 27 yaşdan yuxarı

  

Namizədlər öz CV-lərini [email protected] e-poçt ünvanına göndərə bilərlər. CV formasını buradan yükləyə bilərsiniz: https://www.arti.edu.az/.../794-quot-saristali-metodist...

 

Bundan əlavə, müraciət edərkən aşağıdakı formanı doldurmağınız tələb olunur.

https://cutt.ly/ymDZwW6