2021-2022-ci tədris ilində peşə təhsili üçün tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılacaq.

 

Bu barədə peşə təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı mətbuat konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov məlumat verib. O bildirib ki, bu tədris ilində peşə təhsili müəssisələrinə qəbul üçün 21 min 260 yer ayrılıb.

 

Xatırladaq ki, avqustun 10-dan 2021-2022-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilir. Tələbə qəbulu elektron aparılacaq və avqustun 20-dək davam edəcək. Peşə təhsili almaq istəyənlər portal.edu.az portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

Azərtac