2021-2022-ci tədris ilində yüksək texniki peşə təhsilinə 15 ixtisas üzrə 840 yer verilib.

 

Bu barədə peşə təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı mətbuat konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov məlumat verib. O bildirib ki, yüksək texniki peşə təhsili üzrə qəbul 5 regionda 7 peşə təhsili müəssisəsini əhatə edəcək.

 

Yüksək texniki peşə təhsili səviyyəsi peşə təhsilində ən yüksək səviyyədir. Subbakalavr ixtisas dərəcəsi üzrə kadr hazırlığı həyata keçirir.

 

Xatırladaq ki, avqustun 10-dan 2021-2022-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilir. Tələbə qəbulu elektron aparılacaq və avqustun 20-dək davam edəcək. Peşə təhsili almaq istəyənlər portal.edu.az vasitəsilə qeydiyyatdan keçə bilərlər. Bu tədris ilində peşə təhsili müəssisələrinə qəbul üçün 21 min 260 yer ayrılıb. Peşə təhsili üçün tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılacaq.

 

Azərtac