Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə ixtisaslaşma seçimi bu gün saat 23:59-dək davam edəcək.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, səhər saatlarına olan məlumata əsasən, 2809 bakalavr (Azərbaycan bölməsi üzrə 2633, rus bölməsi üzrə 176) öz ərizəsini təsdiq edib.

 

İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

 

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün  DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər.